Məşhur aktyor VƏFAT ETDİ

Məşhur aktyor
Şou Biznes 07-04-2025 - 15:20

İngiltərəli aktyor və at tərbiyəçisi Con Seint Rayan 72 yaşında ürək tutmasından vəfat edib.

Ajans.az xəbər verir ki, televiziya dünyasında "Coronation Street" və "CSI" kimi məşhur layihələrdə rol alan Rayan, eyni zamanda Kaliforniyada at tərbiyəsi ilə də məşğul olurdu.

Həyat yoldaşı Coys sosial şəbəkələrdə verdiyi açıqlamada Rayanın bədənini tibbi tədqiqatlara bağışladığını bildirərək, dəfn mərasiminin keçirilməyəcəyini qeyd edib.

İngiltərəli aktyor və at tərbiyəçisi Con Seint Rayan ürək tutması nəticəsində dünyasını dəyişib. Ailəsi Rayanın xəstəxanaya çatdırıldığını, lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq onu xilas edə bilmədiklərini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: