İndoneziya prezidenti Türkiyəyə gəldi

Gündəm
09-04-2025 - 23:31
İndoneziya Prezidenti Prabovo Subianto türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Subianto əvvəlcə TBMM-də çıxış edəcək, daha sonra ilə türkiyəli həmkarı ilə görüş keçirəcək.
Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Eləcə də müdafiə sənayesi, təhsil, din və təhlükəsizlik sahələrində də bir sıra sazişlər imzalanacaq.