Gəncədə 31 yaşlı kişini butulka ilə yaraladılar

Gündəm
09-04-2025 - 22:59
Gəncədə 31 yaşlı kişini başından butulka ilə vurublar.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb. Belə ki 1993-cü il təvəllüdlü R.Mayılov başının təpə nahiyəsinin və üzünün çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal 31 yaşlı kişiyə yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, R.Mayılov dava zamanı başından butulka ilə vurulub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.