Avtomobillər toqquşdu, xəsarət alanlar var

Göygöldə xəsarətlə nəticələnən qəza olub.
Ajans.az xəbər verir ki,hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21099" ilə "QAZ 3110" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Qəzaya yolun buzlu olmasının səbəb olduğu ehtimal edilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.