Avropa İttifaqı da bayraqları endirdi
Avropa Parlamenti İspaniyada elan edilmiş matəm mərasiminə qoşularaq, fəlakətli daşqın qurbanlarının xatirəsinə İspaniyanın dövlət bayrağını və Avropa İttifaqının bayrağını endirib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.
“İspaniyada bu kədərli gündə 70-dən çox adamın həyatına son qoyan dəhşətli daşqınlardan sonra Avropanın həmrəylik və dəstəyi vurğulamaq üçün bu gün bayraqlarımız endirilib. Ürək parçalayan faciə ilə bağlı lazım olan bütün dəstəyi səfərbər edəcəyik.
Düşüncələrim Valensiya, Albasete və ondan kənarda olan, yaxınlarını itirmiş ailələrlə və həyatları alt-üst olmuş bütün insanlarladır. Mən öz səylərində qeyri-adi şücaət, peşəkarlıq və yorulmaz fədakarlıq göstərən fövqəladə hallar işçilərinə minnətdarlığımı bildirirəm”, - deyə Metsola instaqram hesabında paylaşım edib.