Atəşkəsdən sonra Hizbullahdan ilk açıqlama: Əllərimiz güllədə qalacaq

Atəşkəsdən sonra Hizbullahdan ilk açıqlama:
Hizbullah
Dünya 28-11-2024 - 13:45

Livan və İsrail arasında atəşkəsin qüvvəyə minməsindən sonra Hizbullah tərəfindən ilk bəyanat verilib.

Ajans.az xəbər verir ki, Hizbullahın verdiyi açıqlamada İsrailin gələcəkdə edə biləcəyi mümkün hücumlara diqqət çəkilib.

“Qüvvələrimiz İsrailin hücumlarına qarşı tam hazır olacaq. Döyüşçülərimizin gözü düşmənin sərhəddən keçən hərəkətləri və geri çəkilmə prosesində olacaq və Livanın suverenliyini müdafiə etmək üçün əlləri güllədə olacaq”, - deyə, bəyənatda bildirilib.

Qeyd edək ki, İsrail ordusu ilə Livanda Hizbullah arasında 14 aydan çox davam edən qarşıdurmaya son qoyan atəşkəs razılaşması dünən səhər saatlarında qüvvəyə minib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: