Arıqlamaq istəyənlər üçün möhtəşəm TÖVSİYƏ - Bu qidalara diqqət edin!

Arıqlamaq istəyənlər üçün möhtəşəm TÖVSİYƏ -
Sağlamlıq 12-10-2024 - 16:19
 68

Arıqlamaq istəyənlər üçün düzgün qidalanma əsas şərtlərdən biridir. Ekspertlərin fikrincə, pəhrizdə aşağı kalorili, qidalandırıcı və doyurucu qidalara üstünlük vermək daha effektiv nəticələr verir.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloqlar bir sıra qidaları arıqlamaq istəyənlər üçün tövsiyə edirlər:

Yaşıl yarpaqlı tərəvəzlər - ispanaq, kələm kimi tərəvəzlər lif və qida maddələri ilə zəngindir, eyni zamanda çox az kalori ehtiva edir.

Protein mənbələri – Toyuq filesi, balıq, yumurta və paxlalı bitkilər proteinlə zəngindir və uzun müddət toxluq hissi yaradır. Eyni zamanda kinoa, yulaf və qəhvəyi düyü kimi tam taxıllar uzun müddət enerji təmin edir və metabolizmanı dəstəkləyir. Meyvələr də arıqlmaq və sağlam həyat üçün önəmlidir. Alma və qreyfurt kimi liflə zəngin meyvələr arıqlama prosesinə kömək edir.

Sağlam yağlar - Avokado, zeytun yağı və qoz-fındıq kimi yağlar bədən üçün faydalıdır və metabolizmanın düzgün işləməsinə kömək edir.

PAYLAŞ: