"Apple" dünya bazarında lider oldu

"Apple" dünya bazarında
Apple
Maraqlı 22-11-2024 - 16:49

“Apple” ABŞ smartfon bazarında lider mövqeyini qoruyub saxlayıb.

Ajans.az xəbər verir ki, bu barədə “Counterpoint Research” (CR) şirkətinin hesabatında deyilir.

Araşdırmaya görə, “Apple” 2024-cü ilin üçüncü rübündə 53 faiz paya sahib olub. Beləliklə, şirkət daxili bazarın yarıdan çoxunu tutub. İkinci yerdə 23 faizlik paya malik Koreyanın “Samsung” şirkəti qərarlaşıb. Üçüncü yerdə 14 faiz pay alan Çinin “Lenovo” şirkəti olub.

Materialda deyilir ki, 2024-cü ilin ikinci rübündə qüvvələr balansı eyni olub, yalnız “Apple” üç ayda payını 1 faiz artırıb, “Samsung” isə 1 faiz itirib. ABŞ-də ümumi smartfon satışları zəif tələb səbəbindən dövr ərzində 6 faiz azalıb.

İl ərzində “Apple” smartfonlarının tədarükü 5 faiz, “Samsung” 13 faiz azalıb. “Lenovo”nun bir hissəsi olan “Motorola”dan tədarüklər il ərzində 21 faiz artıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: