Amerikada ermənilərin şok fırıldağı: Görün nələr etdilər - FOTOLAR

Amerikada ermənilərin şok fırıldağı:
Dünya 15-11-2024 - 17:29

Çərşənbə günü Los-Ancelesdə dörd nəfər həbs olunub.

Ajans.az xəbər verir ki, onlar sığorta fırıldaqçılığı törədib. Kaliforniya sığorta departamenti bildirib ki, şübhəlilərdən biri ayı kostyumu geyinib və “Rolls-Royce” markalı maşına zərər verib, daha sonra da deyib ki, guya maşına əsl ayı ziyan verib.  

Videolardakı fiqurun əsl ayı olmadığını daha da dəqiqləşdirmək üçün sığorta departamenti bu görüntüləri Kaliforniyanın balıq və vəhşi təbiət departamentinin bioloqlarına yönləndirib. Səlahiyyətlilərin dediyinə görə, agentlik də bunun ayı kostyumu geyən bir insan olduğu qənaətinə gəlib.

Şübhəlilər 26 yaşlı Ruben Tamrazyan, 39 yaşlı Ararat Çirkinyan, 32 yaşlı Vahe Muradxanyan və 39 yaşlı Alfiya Zukerman olduğu müəyyən edilib. Onların hamısı sığorta dələduzluğu və sui-qəsddə ittiham olunub.

San Bernardino əyalətinin prokurorluğu işi araşdırır.

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: