Almaniyada məhkəmə binası qarşısında insident - Saxlanılanlar var

Almaniyanın Bielefeld şəhərində regional məhkəmə qarşısında atışmadan sonra polis iki nəfəri həbs edib.
Ajans.az xəbər verir ki, bu barədə "Focus Online" portalı polisə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, saxlanılanların cinayətdə iştirakı hələlik müəyyən edilməyib. Cinayət silahı da hadisə yerindən tapılıb.
Polis atışmada üçüncü mümkün iştirakçını axtarır.