Akademiyanın rəisinə yeni müavin TƏYİN EDİLDİ

Akademiyanın rəisinə yeni müavin
Gündəm 26-02-2025 - 15:02

Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni təyinat olub.

Ajans.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Anar Süleymanov DGK-nın Akademiyasının rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzovdur.

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: