ABŞ Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA VERDİ

ABŞ Ukrayna danışıqları ilə bağlı
ABŞ
Dünya 12-03-2025 - 09:38

Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar zamanı Kiyev üçün təhlükəsizlik təminatları müzakirə edilib.

Ajans.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

Danışıqların mövzusunu ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals açıqlayıb.

“Biz həmçinin bu müharibənin nəhayət necə bitəcəyini, Ukraynanın uzunmüddətli təhlükəsizlik və rifahı üçün hansı zəmanətləri alacaqlarını ətraflı müzakirə etdik”, - Vals bildirib.

Bundan əvvəl Amerika liderinin müşaviri məlumat vermişdi ki, danışıqlar zamanı Kiyev münaqişəyə son qoymaq üçün konkret addımlar təklif edib.

Vals həmçinin təsdiq edib ki, ABŞ Ciddə görüşündən sonra Ukraynaya yardıma olan fasiləni aradan qaldırıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: