Ukrayna Kursk yaxınlığındakı zavodu VURDU - 4 ÖLÜ

Ukrayna Kursk yaxınlığındakı zavodu
Ukrayna
Dünya 12-03-2025 - 14:53

Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk vilayətində yerləşən Kozırevka kəndində yem zavoduna zərbələr endirib.

Ajans.az xəbər verir ki, hücum nəticəsində müəssisənin 4 əməkdaşı həlak olub, daha ikisi yaralanıb. Bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn çərşənbə günü, martın 12-də məlumat verib.

“Ukrayna faşistlərinin daha bir qeyri-insani əzabı. Ukrayna Silahlı Qüvvələri Bolşesoldatski rayonunun Kozırevka kəndində yem zavoduna hücum edib. Sexlərdən birinin binası dağıdılıb, digər əmlaka ziyan dəyib”, - deyə rayon rəhbəri Telegram kanalında yazıb.

Onun sözlərinə görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyi, BARS-Kursk, səhiyyə sektorunun nümayəndələridir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: