Ermənistan müharibəyə başlayacaq - BU DA FAKT

“Ermənistanın əsaslı şəkildə müharibəyə hazırlaşması artıq hər kəsə aydındır”.
Bunu Ajans.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O qeyd edib ki, dildə sülhdən danışan Ermənistan əməldə sürətlə silahlanır:
“Bunu təkbaşına etmir, Ermənistana silahlanma prosesində yardım edən Avropa Birliyi, Fransa və Hindistandır. Bizim bəzi yaxın qonşularımız da bu prosesdə iştirak etməklə Ermənistanın güclü olmasına çalışırlar. Paşinyanın verdiyi son bəyanata diplomatik konteksdə güzgü effekti ilə yanaşsaq bu bəyanat müharibə anonsu deməkdir. O bir gün öncə Vətəndaş Sazişi partiyasının iclasında dedi ki, Azərbaycanın şərtlərini yerinə yetirməsək müharibə təhlükəsi realdır. Əslində güzgü effekti ilə yanaşsaq, Paşinyan öz tərəfdarlarına bəyan edir ki, biz müharibəyə hazırlaşırıq”.
Deputat bildirib ki, müharibə ya 2025-ci ildə olmalıdır, ya da 2027-ci ilə qalmalıdır:
“Apreldə müharibə ehtimalına gəldikdə isə məncə, "Caliber" bunu çox dəqiq təhlil edə bilib. Biz bilirik ki, kritik 2026-cı il gəlir, Ermənistanda seçki ilidir. Paşinyanın hakimiyyətdə qalması üçün ona yeni bir uğur hekayəsi lazımdır. Bu da yalnız Azərbaycana qarşı müharibə ola bilər. Azərbaycan Ordusu öz mövqelərini qorumağa hazırdır. Əgər bir müharibə olacaqsa, Azərbaycan bunu qarşılamağa hazırdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.