Ukrayna savaşı 6 aylıq dayandırılır?

Ukrayna savaşı 6 aylıq dayandırılır?
Dünya 07-03-2025 - 09:38

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ukrayna ilə bağlı keçiriləcək mühüm görüşdə 6 aylıq atəşkəs rejiminin müzakirə olunacağını açıqlayıb.

Ajans.az xəbər verir ki, onun sözlərinə görə, görüşün gündəliyinə müharibənin həlli ilə bağlı razılaşmanın əsas müddəaları və müvəqqəti atəşkəs rejimi daxildir.
Diplomatın sözlərinə görə, bu görüşün əsas məqsədi tərəflər arasında kompromis əldə edərək münaqişənin dinc yolla həlli istiqamətində irəliləyişə nail olmaqdır. Görüşdə müzakirə ediləcək məsələlər sırasında atəşkəs rejiminin şərtləri, onun tətbiqi üçün nəzərdə tutulan mexanizmlər və gələcək sülh prosesinin detalları yer alacaq.
Qeyd edək ki, Ukrayna ilə bağlı aparılan danışıqlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ekspertlər bu görüşün münaqişənin gedişatına təsir edə biləcəyini və bölgədə gərginliyin azaldılmasına töhfə verə biləcəyini bildirirlər.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: