COVID-19 və qripdən qoruyan peyvənd yaradıldı

COVID-19 və qripdən qoruyan peyvənd
Gündəm 12-03-2025 - 13:26

Kornell Universitetinin alimləri (ABŞ) COVID-19 və qripə qarşı uzunmüddətli qoruma təmin edə biləcək yeni vaksin hazırlayıblar.

Ajans.az xəbər verir ki, araşdırmanın nəticələri "Science Advances" (SciAdv) jurnalında dərc olunub. 

Dərmanın əsasını insanlar üçün təhlükəsiz olan vezikulyar stomatit virusu (VSV) təşkil edir. Alimlər əsas zülalları çıxararaq və hər iki virusdan antigenlər əlavə edərək onu dəyişdiriblər.Bu yanaşma immunitet sisteminə eyni anda iki xəstəlikdən qorunma yaratmağa imkan verir.

İmmunitetin qorunmasının müddətinə xüsusi diqqət yetirilir. Siçanlar üzərində aparılan təcrübələrdə vaksin yüksək effektivlik nümayiş etdirib.

Elm adamları, immuniteti qorumaq üçün bir neçə ildən bir gücləndirici dərmanlara ehtiyac ola biləcəyini təklif edirlər ki, bu da səhiyyə sistemlərinin yükünü əhəmiyyətli dərəcədə azaldır.

PAYLAŞ: