Eyni gündə həm uduzdu, həm də 85 min manat QAZANDI
ABŞ-də Virciniya sakini Merilend kazinosunda uduzub, lakin geri qayıdarkən təsadüfən lotereyada 50 min dollar udub.
Ajans.az xəbər verir ki, bu barədə Merilend Lotereyası məlumat yayıb. Qadın şansını kazinoda sınamağa edib, amma bəxti gətirməyib. O, qumar obyektindən çıxandan sonra ailəsinə zəng edərək heç nə qazanmadığını bildirib.
Daha sonra isə evə gedərkən mağazadan ani tiraj bileti almağa qərar verib. Nəticədə qadın yenidən evə zəng edərək ailəsinə nəhayət varlandığını bildirib.