Trampla bağlı ŞOK İDDİA: Keçmiş arvadını şiddət və cinsi istismara məruz qoyub? - FOTOLAR
Donald Tramp “The Apprentice” bioqrafik filmindəki qrafik səhnələrdən sonra keçmiş arvadı İvanaya zorakılıq və cinsi istismar etdiyi iddiaları ilə bağlı səssizliyini pozub.
Ajans.az xəbər verir ki, Sebastyan Stenin Tramp rolunda və Ceremi Stronqun Respublikaçı əməliyyatçı Roy Kon rolunda çəkildiyi filmdə Trampın birinci arvadı İvanaya qarşı etdiyi şiddət kontentli davranışlar öz əksini tapır. Səhnə xeyli mübahisələrə səbəb olub. Tramp artıq səssizliyi pozub və bildirib ki, 2022-ci ildə vəfat edən keçmiş həyat yoldaşı ilə mehriban münasibəti olub.
Qeyd edək ki, sözügedən filmin ilk bölümü 2004-cü ildə yayımlanıb. Amma illərdir ki, kinoda qabardılan məsələlər ABŞ-də əks-sədaya səbəb olur. Son günlərdə də filmdən fraqmentlərin internetdə paylaşılması yenidən ciddi xaosa səbəb olub. Əhali düşünür ki, əgər kinodaki hadisələr reallığı əks etdirirsə, şiddətə meyilli birinin prezident olması nə dərəcə doğrudur? Tramp isə filmlə bağlı bütün iddiaları rədd edir.