Suriyadan Bəşər Əsədə ÇEVRİLİŞ: Prezident Moskvaya qaçıb? - ŞOK VİDEO
Suriyanın Hələb kimi böyük şəhərlərini ələ keçirən silahlı müxalif qrupların prezident Bəşər Əsədə qarşı çevriliş cəhdi etdiyi iddia edilib.
Ajans.az xəbər verir ki, paytaxt Dəməşqdə baş qərargah və hökumət binaları yaxınlığında şiddətli toqquşmalar baş verərkən, insanlar şəhəri tərk etməyə başlayıb.
Müxalifətin Dəməşqi böyük ölçüdə tutduğu iddia edilsə də, Suriya dövlət televiziyası yayımı kəsib.
Suriyada vətəndaş müharibəsi alovlanıb. Müxalifət qrupları prezident Bəşər Əsədə qarşı səfərbərliyə başlayıb. Hələbdəki müxalif qruplar İdlib kimi böyük şəhərləri qısa müddətdə ələ keçirib. Müqavimət göstərə bilməyən rejim ordusu kritik nöqtələri, xüsusən də Hələbi tərk etməyə başlayıb.
Bəşər Əsədin Moskvaya qaçdığı xəbəri yayılarkən yeni bir iddia gündəmə gəlib. Müxalif qrupların paytaxt Dəməşqə girərək Əsədə qarşı çevriliş cəhdi etdiyi iddia edilib.
Kremlin sözçüsü Dmitri Peskov “Suriya lideri Bəşər Əsədin Rusiyaya gəlib-gəlmədiyi sualını cavabsız qoyuram. Bu barədə izahatım yoxdur. Bununla belə, bildirmək istəyirəm ki, Suriyanın Hələb şəhəri ətrafında baş verən son hadisələri Suriyanın ərazi bütövlüyü və suverenliyinə hücum kimi qiymətləndiririk. Bizim gözləntimiz Suriya qüvvələrinin bölgəyə nəzarəti ələ keçirməsi və konstitusiya nizamını bərpa etməsidir” sözlərini dilə gətirib.