ABŞ Rusiyanı HƏDƏLƏYİR? - "Biz buna qadirik"

ABŞ Rusiyanı HƏDƏLƏYİR? -
Kosmik gəmi
Dünya 10-03-2025 - 11:58

Mütəxəssislərin Rusiyaya nüvə bombası atmağa qadir olduğunu deyən ABŞ Hərbi Hava Qüvvələrinin təkrar istifadə oluna bilən X-37B kosmik gəmisi Orbital Test Vehicle 7 (OTV-7) missiyası çərçivəsində 434 günlük uçuşu tamamlayıb.

Ajans.az xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.

28 dekabr 2023-cü ildə Falcon Heavy raketi ilə aşağı Yer orbitinə buraxılan kosmik gəmisi martın 7-də yerə edib. ABŞ Kosmik Qüvvələrinin kosmos əməliyyatlarının rəisi general Bradley Saltzman, "Yeddinci missiya X-37B-nin müxtəlif orbital rejimlərdə sınaq və eksperimental məqsədlərinə çevik şəkildə nail olmaq qabiliyyətini nümayiş etdirməklə yeni müstəviyə keçib" ifadələrini işlədib.

Nəşr qeyd edir ki, X-37B-nin nümayiş etdirdiyi aerobraking qabiliyyəti (mühərriki işə salmadan orbitin maksimal hündürlüyünü dəyişdirmək üçün manevr) OTV-7 zamanı xüsusilə vacib olub:

"Aerobraking xüsusiyyəti X-37B-yə rəqiblər tərəfindən aşkar edilə bilən görünən mühərrik izlərini buraxmadan orbiti dəyişmək üçün gizli rejim verir".

Oktyabr ayında Defence News ABŞ Kosmik Qüvvələrinə istinadən xəbər verib ki, X-37B kosmik gəmisi Yerə yaxın kosmosda bir sıra manevrlər edəcək. 2021-ci ilin may ayında “Almaz-Antey” şirkətinin baş direktoru Yan Novikov bildirmişdi ki, Amerika X-37 kosmik gəmisi altıya qədər nüvə başlığı daşıya bilər.

Bundan sonra, elə həmin ilin iyul ayında həftəlik “Hərbi-sənaye kuryeri” qəzeti Novikovun bəyanatını şərh edərək yazırdı ki, Amerikanın Boeing X-37B kosmik gəmisinin kosmosun müəyyən edilmiş ərazisinə daxil olması, daha sonra mezosferə enməsi və Rusiya ərazisinə nüvə başlıqlarını atması ehtimalı yüksəkdir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: