ABŞ Pentaqondan qorxur - KİV

Dünya
29-12-2024 - 06:19
ABŞ-nin nüvə qüvvələrinin modernləşdirilməsi üzrə hazırkı proqram Rusiya və Çinlə silahlanma yarışını daha da artırır.
Ajans.az xəbər verir ki, bu bəyanat Amerikanın Quincy Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun X sosial şəbəkəsindəki hesabında yer alıb.
“Pentaqonun “modernləşdirmə” proqramı bizi daha təhlükəsiz etmir – bu, təhlükəli və bahalı silahlanma yarışını sürətləndirir. ABŞ- də yaradılan hər bir yeni nüvə silahı modeli Rusiya və Çini öz arsenalını yaratmağa həvəsləndirir”, - hesabatda deyilir.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir