ABŞ Mərkəzi Komandanlığının komandanı Beyruta gəldi
ABŞ Xüsusi Əməliyyatlar Mərkəzi Komandanlığının (SOCCENT) komandiri general-mayor Jasper Jeffers İsrail və Livan Hizbullah hərəkatı arasında atəşkəsin həyata keçirilməsi və monitorinq mexanizminə nəzarət etmək üçün son günlərdə Beyruta gəlib.
Ajans.az ABŞ Mərkəzi Komandanlığına istinadla xəbər verir ki, (CENTCOM) Ceffers monitorinqi ABŞ-ın daimi mülki nümayəndəsi təyin olunana qədər öz həmsədri, ABŞ-ın Yaxın Şərq üzrə elçisi Amos Hokşteynlə birlikdə idarə edəcək.
Hesabatda qeyd edilir ki, nəzarət mexanizmi ABŞ tərəfindən idarə olunacaq və bu mexanizmə Livan və İsrail hərbçiləri, BMT sülhməramlıları və Fransa daxildir.