ABŞ-da güclü ZƏLZƏLƏ oldu
ABŞ-ın Nevada ştatında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 241 min nəfərin yaşadığı Rina şəhərindən 77 km cənub-şərqdə, 3 km dərinlikdə yerləşib.
Hazırda zəlzələnin təsirindən tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, tsunami təhlükəsi ilə bağlı xəbərdarlıqlar verilməyib.