ABŞ bu müsəlman ölkəsinə silah satışını TƏSDİQLƏDİ

ABŞ bu müsəlman ölkəsinə silah satışını
Dünya 21-03-2025 - 13:48

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına qabaqcıl dəqiqlikli silah sistemləri və müvafiq avadanlıqların satışını təsdiqlədiyini açıqlayıb.

Ajans.az bildirir ki, nazirlikdən verilən yazılı açıqlamada Səudiyyə Ərəbistanına satışına icazə verilən qabaqcıl silahların təxmini dəyərinin 100 milyon dollar olduğu bildirilib:

“Təklif edilən satış Səudiyyə Ərəbistanı Krallığının cari və gələcək təhdidlərlə mübarizə qabiliyyətini artıracaq və digər idarə olunan raket sistemlərinə nisbətən daha az zərər riski ilə hədəfləri dəqiqliklə vurmaq qabiliyyətini təmin edəcək”.

Silah satışı üzrə əsas podratçı qərargahı Virciniyada yerləşən "BAE Systems, Inc" şirkətidir.  

PAYLAŞ: