22 yaşlı qadın son anda evtanaziya fikrindən daşındı

22 yaşlı qadın son anda evtanaziya
Evtanaziya
Dünya 14-11-2024 - 13:59

Evtanaziya (qanun çərçivəsində və rəsmi icazə ilə ölümə icazə verilməsi) - red edilməli olan, lakin ölümcül inyeksiya tətbiq edilməzdən bir neçə dəqiqə əvvəl fikrini dəyişən hollandiyalı qadının hekayəsi gündəm olub.

Ajans.az xəbər verir ki, uşaqlıqda zorakılığa məruz qaldıqdan sonra klinik depressiya və iştahsızlıqdan əziyyət çəkən 22 yaşlı Romi 18 yaşına çatdıqdan sonra ölmək hüququnu müdafiə etməyə başlayıb.

Həkimlər, məmurlar və öz ailəsi qarşısında təxminən dörd il kampaniya apardıqdan sonra, 2023-cü ilin iyununda o, özünü Hollandiyanın Leiden şəhərində xəstəxana çarpayısında uzanmış vəziyyətdə tapıb.

Bir həkim şprisi sıxaraq onun üstündə dayanıb və deyib:

“Birinci iynə damarınızı uyuşdurur... İkinci inyeksiya nəfəsinizi kəsir. Bundan sonra tez öləcəksən”.

Romi həkimə davam etməsi üçün yaşıl işıq yandırıb, lakin onlar ölümcül iynə vurmaq üçün addımlayanda ona son bir sual verilib: “Əminsənmi?”. Bu anda o, kədərlənib və fikrindən daşınıb.  O, son anda ölüm cəhdindən imtina etdikdən sonra bir daha evtanaziya üçün müraciət edib, lakin travma terapiyası ilə həyatında yenidən məqsəd tapıb və indi yaşamaqdan başqa bir şey istəmədiyini söyləyir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: