2025-ci ilin aprelinə qədər hamısı ÖLDÜRÜLƏCƏK - TƏHLİL
Şimali Koreya qüvvələri gələcəkdə də eyni yüksək itkilərə məruz qalmaqda davam edərsə, Şimali Koreya 2025-ci ilin ortalarına qədər Rusiya Federasiyasının Kursk bölgəsində yerləşdirilmiş, yaralanan və ya öldürülən təxminən 12 000 əsgərdən ibarət bütün kontingentini itirə bilər.
Ajans.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun analitikləri yeni hesabatlarında yazır.
Onlar xatırladır ki, Ukrayna prezidenti Vladimir Zelenski 2025-ci il yanvarın əvvəlində Kursk vilayətində 3800 Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını demişdi. Ukraynanın müdafiə naziri Rustem Umerov 5 noyabr 2024-cü ildə Şimali Koreya qüvvələrinin Kursk bölgəsində “kiçik miqyaslı” toqquşmalarda iştirak etməyə başladığını qeyd edib. Lakin dekabrın 6-dan etibarən Rusiyanın “hərbi müxbirləri” Şimali Koreya qüvvələrinin daha geniş miqyasda döyüş əməliyyatlarında iştirak etdiyini iddia etməyə başlayıblar.
Analitiklər xatırladırlar ki, KXDR bütövlükdə təxminən 12 min əsgərini Kursk bölgəsinə köçürüb. Buna görə də, Şimali Koreya qüvvələri gələcəkdə eyni dərəcədə yüksək itkilər verməyə davam edərsə, Kursk bölgəsindəki Şimali Koreya kontingentinin bütün əsgərləri təxminən 12 həftə ərzində ( təxminən 2025-ci il aprelin ortaları) öldürülə və ya yaralana bilər.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yanvarın 13-də bildirib ki, hazırda Kursk vilayətində gedən döyüşlər zamanı 300-ə yaxın Şimali Koreya vətəndaşı ölüb, 2700-ə qədər adam yaralanıb. Şimali Koreya qoşunları döyüşdə ölənlərdən daha çox yaralı itirir - silahlı münaqişələrdə olduğu kimi - və yaralı Şimali Koreya əsgərlərinin döyüşə qayıda bilməyəcəyi bəlli deyil.