Zelenski BRİKS sammitinə səfər etdiyi üçün onu Ukraynaya gəlməsinə İCAZƏ VERMƏDİ
Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kazanda keçirilən BRİKS sammitinə səfər etdiyi üçün ölkəyə getməsinə icazə verməkdən imtina edib.
Ajans.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi (AFP) Ukrayna liderinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
“Kazandan sonra BMT-nin baş katibi Ukraynaya gəlmək istədi, lakin Zelenski bu səfəri bəyənmədi. Buna görə də Quterreş burada olmayacaq”, - agentliyin mənbəsi bildirib.