Yüzlərlə insanın ölümünə səbəb olan hadisənin səbəbi MƏLUM OLDU
İspaniyada kütləvi daşqınlara səbəb qlobal istiləşmə olub.
Ajans.az “World Weather Attribution” təşkilatına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bölgədə qısamüddətli və intensiv leysanların sayı artmaqdadır. Belə ki, bu həftə Valensiyada yağışlar iqlimin daha soyuq olduğu 1850-1900-cü illərlə müqayisədə 12% daha intensiv olub və iki dəfə tez-tez yağıb.
Fəlakətin miqyası görünməmiş dərəcədədir. Bir çox yerlər var ki, orada heç bir nəqliyyat növü gedə bilməz”, - deyə nəqliyyat naziri Oscar Puente bildirib.
Təşkilat yaxın gələcəkdə dağıdıcı və ekstremal fırtınaların daha çox yayılacağını qeyd edib. Bu, ilk növbədə, Aralıq dənizində həddindən artıq isti dalğalarının sayının artması və rekord hava temperaturu ilə bağlıdır.
İspaniyada 60 ildən artıqdır ki, belə təbii fəlakət baş verməyib. Məlumata görə, hazırda Valensiyada çaylar sahillərindən daşaraq binaları su basıb, yolları və körpüləri dağıdıb.