Yeni metro qatarlarının təmirinə 1 milyon manat xərclənəcək
"Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının komponent səviyyədə zəmanətli təmiri işləri həyata keçiriləcək.
Ajans.az xəbər verir ki, "Trend" bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sözügedən işlərin icrasını "ROAD-PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.039.414,8 AZN (1 milyon 39 min 414 manat 8 qəpik) olan müqavilə bağlayıb.