Yeni il öncəsi hakerlər hücumları gücləndirdi - BU ÖLKƏDƏ
Yeni il öncəsi hakerlər Rusiyada qida çatdırılması xidmətlərinin və gözəllik salonlarının saytlarına hücumları gücləndirib.
Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Solar Space Group-un–Solar Space bulud kibertəhlükəsizlik platformasının direktoru Artem İzbaenkov bildirib.
Onun sözlərinə görə, cinayətkarlar külli miqdarda saxta məlumatlarla sifarişlər yaradır, bununla da logistika sistemini həddən artıq yükləyir, gözəllik salonlarının xidmətlərinə saxta qəbullar yaradırlar ki, bu da real müştərilərin ustaların qəbuluna yazılmasını mümkünsüz edir.
Daha əvvəl bildirilmişdi ki, hakerlər İsveçrə şirkətinə irimiqyaslı DDoS hücumu üçün dünya üzrə 3 milyona yaxın ağıllı diş fırçasını sındırıblar və nəticədə şirkət milyonlarla avro ziyana düşüb.
Dünyanın ən böyük teleskoplarında işlərin haker hücumları nəticəsində iflic olduğu da məlum olub. Bir neçə gün ərzində onlar astronomların əsas alətlərinin idarəetmə sisteminə israrla hücum edib. Cinayətkarlar heç bir tələb irəli sürməyib, qruplardan heç biri məsuliyyəti üzərinə götürməyib.