Yelləncəkdə oynayan yeniyetmə faciəli şəkildə öldü
Cəlilabadda 13 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kazımabad kənd sakini olan 2011-ci il təvəllüdlü R.C. yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.