Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası vuracaq - DİQQƏT

Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası vuracaq -
Maqnit qasırğası
Maraqlı 24-01-2025 - 17:00

Yanvarın 25-i şənbə günü Yer kürəsini maqnit qasırğası bürüyəcək.

Ajans.az xəbər verir ki, bunu İKI və ISTP-nin Günəş Astronomiya Laboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklər sübut edib. “ Moskva Region Today ” internet nəşri fırtınanın saatlıq proqnozunu təqdim edib.

Təqdim olunan məlumatlara əsasən, maqnit sferasının cüzi hərəkətlənməsi cümə günü, yanvarın 24-də başlayıb. Gecə yarısına qədər davam edəcək və yanvarın 25-i şənbə günü saat 00:00-dan 3:00-dək maqnitosfer qırmızı zonaya qalxsa da, G1 səviyyəsinə (zəif tufan) çatmayacaq.

Yanvarın 25-i şənbə günü saat 3:00-dan 6:00-dək olan müddətdə maqnitosfer sakit vəziyyətdə olacaq, lakin saat 6:00-dan etibarən göstəricilər demək olar ki, G2 səviyyəsinə (orta fırtına) qalxmağa başlayacaq. Saat 9:00-dan həyəcan səngiyəcək, saat 12:00-da isə sarı zonada olacaq. Fırtına təxminən altı saatdan sonra axşam saat 6-da sona çatacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: