Xizək sürərkən xəsarət aldı - Video

Polşanın Baş naziri Donald Tusk xizək sürərkən xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə məlumatı D.Tusk öz “X” hesabında paylaşıb.
Baş nazirin paylaşdığı görüntülərdən onun çəliklə ayaqda dura bildiyini və sol ayağının sarıqlı olduğunu görmək mümkündür.
Onun sözlərinə görə, həftə sonunu nəvələri xizək sürərək keçirməyi altı ay əvvəldən planlaşdırıb: “Nəvələrim mənə “Baba, xizəyi necə sürdüyünü göstər” dedilər, mən də göstərdim”.
Tusk qeyd edib ki, bir neçə gün çəliklə gəzməli olsa da, işində fasilə verməyəcək.