Xərçəng xəstəliyini göstərən ən təhlükəli simptom hansıdır?

Xərçəng xəstəliyini göstərən ən təhlükəli simptom
Xərçəng
Sağlamlıq 28-10-2024 - 20:37

Həkim Aleksandr Myasnikov ruslara xərçəng xəstəliyini göstərən həyəcan verici bir simptom təsvir edib.

Ajans.az xəbər verir ki, həkim "Rossiya 1" telekanalında yayımlanan "Ən vacib şey haqqında" verilişinin efirində deyib ki, ani arıqlama xərçəngin göstəricisi ola bilər.

Həkim, sürətli arıqlamanın xərçəng əlaməti ola biləcəyi barədə xəbərdarlıq edib. "Bu, artıq çox inkişaf etmiş bir mərhələdir, lakin yaşlı insanlarda kilo itkisi həmişə narahatedici bir simptomdur”, - deyə, mütəxəssis qeyd edib.

Əvvəllər də reabilitasiya həkimi Sergey Aqapkin xərçəng xəstəliyini göstərən başqa bir qeyri-aşkar əlamətin adını çəkib. Həkim deyib ki, xroniki öskürək qalxanabənzər vəzi xərçənginin əlaməti ola bilər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: