Ürək-damar xəstəliklərindən qoruyan möcüzəvi bitki: Həftədə 3 dəfə istifadə edin
Sarımsaq tibb dünyasında infrakt və digər ürək-damar xəstəliklərindən qorunmaq üçün möcüzəvi bir bitki kimi tanınır. Bu qədim bitki, qan dövranını yaxşılaşdıran, qan təzyiqini aşağı salan və damar tıxanmasını önləyən təbii komponentlərə malikdir. Araşdırmalar göstərir ki, sarımsağın tərkibindəki allisin maddəsi damarları genişləndirir və qan dövranını tənzimləyərək ürək sağlamlığını dəstəkləyir.
Ajans.az sarımsağın faydalarını təqdim edir:
Qan təzyiqini normallaşdırır
Pis xolesterinin səviyyəsini aşağı salır
Qan laxtalanmasının qarşısını alır
Ürək əzələlərini gücləndirir
Sarımsaq təbii bir vasitə olaraq, ürək-damar sistemini qorumaq istəyənlər üçün əla bir seçimdir. Hər gün bir neçə diş sarımsaq istifadə etmək sağlam bir ürəyin açarı ola bilər.