Ukraynanın sülh danışıqlarından imtina etməsi böyük səhvdir - Orban

Ukraynanın sülh danışıqlarından imtina etməsi böyük səhvdir -
Orban
Siyasət 06-12-2024 - 14:45

Ukrayna 2022-ci ildə ABŞ və Böyük Britaniyanın təzyiqi ilə Rusiya ilə münaqişənin sülh yolu ilə həllindən imtina edərək kritik səhvə yol verib.

Ajans.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth Radio”nun səhər proqramına müsahibəsində deyib.

“Ukraynalılar hazırda çox çətin vəziyyətdədirlər. Düşünürəm ki, onlar 2022-ci ilin aprelində Rusiya ilə sülh sazişinin mümkün olduğu bir vaxtda səhv strategiya seçiblər. Onlar bunu anqlo-saksonların təzyiqi ilə etməyiblər və o vaxtdan da belədirlər. Amerikadakı dostlarından yanlış məsləhətlər alırlar”, - deyə Macarıstanın baş naziri ABŞ dövlət katibi Antoni Blinkenin hərbi xidmətə çağırış yaşının aşağı salınması ilə bağlı dediklərinə istinad edərək bildirib.

Orban dəfələrlə bəyan edib ki, Ukrayna münaqişəsi döyüş meydanında həll oluna bilməz və danışıqlar masası arxasında həll edilməlidir. O, həmçinin vurğulayıb ki, bu məqsədə yalnız ABŞ və Avropa İttifaqının iştirakı ilə nail olmaq olar, çünki Ukraynadakı münaqişə bütün Avropa təhlükəsizlik sisteminə təsir edir.

Rusiya məsələni bütün tərəflərin qanuni maraqlarının hərtərəfli nəzərə alınması əsasında müzakirə etməyə hazır olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin oktyabrın 18-də BRİKS ölkələrinin media qurumlarının rəhbərləri ilə görüşü zamanı Ukraynadakı münaqişənin “mümkün qədər tez və təbii ki, sülh yolu ilə” dayandırılmasında maraqlı olduğunu təsdiqləyib. O, həmçinin Rusiyanın 2022-ci ilin yazında İstanbulda Ukrayna tərəfi ilə imzaladığı sazişlər əsasında danışıqlara qayıtmağa hazır olduğunu bəyan edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: