"Ukrayna heç vaxt nüvə silahı əldə edə bilməyəcək!" - Putin

"Ukrayna heç vaxt nüvə silahı əldə edə bilməyəcək!" -
Siyasət 18-10-2024 - 14:48

Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Ajans.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. “Dərhal deyə bilərəm ki, Rusiya heç bir halda buna (Ukraynada nüvə silahının yaradılmasına – red) icazə verməyəcək”, - deyə, Putin qeyd edib.

Dövlət başçısı həmçinin Kiyevin nüvə silahının yaradılması ilə bağlı açıqlamasını növbəti təxribat adlandırıb. Onun sözlərinə görə, Ukraynada nüvə silahı yaratmaq üçün istənilən addım uyğun reaksiya ilə cavablandırılacaq. Putin bildirib ki, Moskva Kiyevin nüvə silahına yiyələnməsi istiqamətində istənilən hərəkəti izləyə bilir, çünki bunu gizlətmək mümkün deyil.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: