Türkiyədə ağır qəza: 6 ölü, 8 yaralı...

Türkiyədə ağır qəza:
Dünya 01-03-2025 - 19:10

Türkiyədə ağır yol qəzası baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumat görə, Hatay-Antakya yolunda sərnişin avtobusu yük maşınına çırpılıb. Nəticədə 6 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Qəza ilə bağlı araşdırma aparılır.

PAYLAŞ: