Türkiyədə 76 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi görün nə imiş
Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda yerləşən Grand Kartal otelində güclü yanğın işçilərin səhvi ucbatından başlaya bilər.
Ajans.az xəbər verir ki, yanğının ehtimal olunan səbəbini yerli "Sabah" qəzeti açıqlayıb .
Nəşrin jurnalistləri bildiriblər ki, otelin aşpazları qonaqlar üçün yemək hazırlamaq üçün manqal yandırıblar. Bu isə yanğına səbəb olub.