Türkiyə Ukraynaya silahlı kontingent göndərə bilər

Türkiyə Ukraynaya silahlı kontingent
Dünya 27-02-2025 - 18:22

Türkiyə Ukraynaya silahlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə açıqdır.

Ajans.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, - nəşr yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bu məsələni müzakirə etdiyi bildirilir.

PAYLAŞ: