Tramp yenə QALMAQALDA: Bu dəfə kimi məhkəməyə verib? - ŞOK
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp cümə axşamı günü “CBS” telekanalını demokrat rəqibi Kamala Harrisin oktyabrın əvvəlində "60 Dəqiqə" xəbər proqramında yayımlanan müsahibəsinə görə məhkəməyə verib.
Ajans.az xəbər verir ki, Texasın Şimal Dairəsinin federal məhkəməsinə verilən şikayətdə, kanalın Qəzzada İsrail və Həmas arasında müharibə ilə bağlı suala Harrisin iki fərqli cavabı verildiyi iddia edilir.
Oktyabrın 6-da “60 Dəqiqə” verilişi zamanı yayımlanan versiyaya Harrisin Bayden administrasiyasının İsrailin müharibə aparmasına təsiri ilə bağlı “söz yığını” adlandırdığı cavab daxil edilməyib. Yəni guya, veriliş və telekanal Harrisin tərəfini tutur və neytral davranış sərgiləmir.
“Keçmiş prezident Trampın “60 dəqiqə”yə qarşı təkrar iddiaları yalandır. Biz buna qarşı qətiyyətlə müdafiə edəcəyik”, - deyə, “CBS News” sözçüsü deyib.
Tramp epizodla bağlı dəfələrlə kanala hücum edib və seçildiyi təqdirdə “CBS”nin yayım lisenziyasını ləğv edəcəyi ilə hədələyib. “CBS” Trampın “60 Dəqiqə” ilə əlaqədar planlaşdırdılan müsahibədən geri çəkildiyini söyləyib. O da qatılacaqdı, amma artıq qatılmayacaq.