Türkiyə-Ermənistan sərhədi AÇILA BİLƏR

Türkiyə-Ermənistan sərhədi
Siyasət 27-01-2025 - 11:31

Türkiyənin paytaxtı Ankarada Ermənistan-Türkiyə sərhədinin yenidən açılmasının Türkiyənin Qars vilayətinin iqtisadiyyatına təsiri ilə bağlı müzakirə aparılıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin BHA xəbər agentliyi məlumat yayıb.

Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri; Serdar Kılıç, Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi; Qars Ticarət və Sənaye Palatasının sədri və bir sıra digər türk rəsmiləri iştirak edib. 

Görüş zamanı Serdar Kılıç Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin nəticələrini müzakirə edənlərə təqdim edərək, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının həm Qars vilayətinə, həm də bütün Türkiyəyə mühüm təsir göstərəcəyini vurğulayıb.

Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan çıxışında Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərində baş verənləri yaxından izlədiklərini qeyd edərək, müvafiq məsələnin həllindən sonra Türkiyə ilə sərhədlərin yenidən açılmasının vacibliyini vurğulayıb. 

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında Alican sərhəd qapısı yerləşir.

Sözügedən sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub. Həmin il Ermənistanda baş verən zəlzələ zamanı Türk Kızılay tərəfindən yığılan yardımlar fəlakət bölgəsinə aparılmışdı.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: