Trampın milyonlarla borcu var

Trampın milyonlarla
Mitinq,ABŞ
Siyasət 04-11-2024 - 15:40

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki kampaniyası zamanı bəzi şəhərlərdə keçirilən mitinqlərə pul ödəməyib.

Ajans.az xəbər verir ki, bu barədə ABC News xəbər verib.

Telekanalın məlumatına görə, prezidentliyə namizədin Texas ştatının El Paso şəhərinə təqribən 569 min dollar, Nyu-Meksikodakı Albukerke demək olar ki, 445 min dollar, Arizona ştatının Tukson şəhərinə isə təxminən 145 min dollar borcu var.

Bəzi hallarda Trampın borclarını ödəməməsi 2016-cı ildəki seçki kampaniyası dövrünə təsadüf etdiyi üçün adı çəkilən şəhərlərin məhkəmələr vasitəsilə xərclərin ödənilməsini tələb edəcəkləri aydınlaşdırılır.

Qeyd olunur ki, Amerikanın bir neçə şəhərinin administrasiyası Trampın mitinqlərinin keçirilməsi xərclərini ondan almamağa qərar verib. Xüsusilə Nyu Meksiko ştatının Rio Ranço şəhəri siyasətçiyə 240 min dollarlıq borcunu bağışlayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: