Trampdan Ukraynaya daha bir zərbə: F-16-lara dəstək...

Dünya
09-03-2025 - 17:16
ABŞ Ukraynada F-16 qırıcılarına dəstəyi dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
“Tramp administrasiyası Ukrayna üçün həyati əhəmiyyət kəsb edən F-16 antiradar sistemlərinə dəstəyi kəsib. Bu qərar Ukrayna Silahlı Qüvvələri üçün böyük problemlər yaradacaq”, - məlumatda qeyd olunub.
Analitik Devid Aks isə bildirib ki, Ukrayna ordusunun ümidi Fransanın “Miraj-2000” qırıcılarına qalıb, çünki amerikalılar onun proqramlaşdırılmasında iştirak etmir.