Tramp 3 sülh ssenarisi təqdim etdi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün üç ssenari təklif edib.
Ajans.az xəbər verir ki, “Reuters” bu barədə Trampa yaxın mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən biri bildirib ki, Ukraynada nizamlanma üzrə xüsusi elçi, istefada olan general-leytenant Keyt Kelloq, vitse-prezident seçilmiş Ceyms Devid Vens və milli kəşfiyyatın keçmiş rəhbəri Riçard Qrenell öz planlarını təqdim edib. Qeyd olunur ki, bu strategiyaların hər biri Ukraynaya ərazi güzəştlərini nəzərdə tutur.
Daha əvvəl bildirilmişdi ki, Kiyev, Avropa İttifaqının üzvləri və bəzi amerikalı qanunvericilər Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı təkliflərinə qarşı çıxacaqlar, çünki mümkün planda Ukraynanın NATO- ya daxil olması nəzərdə tutulmayacaq.