Toyda kütləvi dava: 7 nəfər bıçaqlandı

Toyda kütləvi dava:
bıçaqlanma
Hadisə 26-11-2024 - 14:09
 1927

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsinin Dəllər kəndində baş vermiş insident zamanı 7 nəfər bıçaqlanıb.

Ajans.az APA - ya istinadən xəbər verir ki, hadisə toy mərasimində baş verib. Məlumata görə, toyda rayonun Dəllər və Darvaz kəndlərindən olan gənclər arasında yaranmış mübahisə kütləvi davaya çevrilib.

Əlbəyaxa dava zamanı Dəllər kəndindən 6 nəfər, Darvaz kəndindən isə 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq çərçivəsində iki nəfər saxlanılıb.

PAYLAŞ: