Qəzaya uğrayan təyyarədə hansı ölkələrin vətəndaşları olub?
Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan Embraer 190AR təyyarəsinin göyərtəsində Rusiya vətəndaşları olub.
Ajans.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalında məlumat verilib.
Mənbənin məlumatına görə, sərnişinlər arasında Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan sakinləri olub. Amma onların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.