Təyyarə uçuşun ortasında qəza siqnalı verdi - ŞOK

Rusiyanın “Yamal” aviaşirkətinin Novı Urenqoya uçan təyyarəsi qəfil istiqamətini dəyişərək başqa yerə enib.
Ajans.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazır.
Bazar günü, fevralın 16-da Ufadan uçan sərnişin layneri ilə bağlı gözlənilməz vəziyyət yaranıb. Uçuş zamanı ekipaj təyyarədə təzyiqin azaldığını bildirib və 100-cü uçuş səviyyəsinə enməyi tələb edib.
Mənbənin sözlərinə görə, təyyarə komandiri qəza siqnalı göndərib, lakin endikdən sonra onu ləğv edib. Nəticədə təyyarə Tümendəki alternativ aerodromda eniş edib. Eniş uğurlu olub və heç kim xəsarət almayıb.