Qəzada xəsarət alanlardan 15-i Azərbaycan vətəndaşıdır

Gündəm
25-12-2024 - 17:00
Aktauda baş verən təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır.
Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.