Texasda atışma: Yaralılar var

ABŞ-ın Texas ştatının Hyuston şəhərində gecə klubunda baş verən atışma nəticəsində altı nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilib ki, insident martın 23-nə keçən gecə saat 03:00 radələrində Latinas Sports Bar klubunda baş verib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis atışmanın səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb. Hüquq-mühafizə orqanları qara rəngli Toyota Corolla və ya Camry markalı avtomobillərlə hadisə yerindən qaçmış ola biləcək iki ispan əsilli şəxsin axtarışını aparır. Polisin məlumatına görə, mübahisə atışmaya çevrilib.